QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” rəhbərliyi “Sərhədçi”yə baş çəkdi (korner.az)
“Qarabağ” klubunun rəhbərliyi “Sərhədçi” imdan kompleksinə baş çəkib. “Korner.az” xəbər verir ki, rəsmilər xüsusi olaraq təşkil olunana mərasimdə komandanın son illər ərzində əldə etdiyi nailiyyətlər haqda danışıb. Bu mərasimhaqda klubun rəsmi saytında yazı yerləşdirilib. Onu olduğu kimi sizin diqqətinizə çatdırırıq:

“Klub rəhbərliyi xeyir-dua verdi



`Qarabağ` Futbol Klubu özünəməxsus strategiyası ilə Azərbaycan futbolunun inkişafı naminə məqsədli şəkildə hərəkət etməkdədir. Gəncləşmiş, yerli futbol `maşını` yaratmaq təfəkkürü ilə hərəkət edən komandamız bunun bəhrəsini almaqddır. Bu gün gənclərdən təşkil olunmuş `Qarabağ` premyerliqada zirvədə əyləşib. Əvəzedicilərin çempionatında liderlər qrupunda yer alan komandamız da gənclərdən təşkil olunub və əsas komandaya yollanmaq şansını əllərində saxlayırlar.

Və təbii ki, bu mexanizmin təməli klub rəhbərliyinin düşünülmüş stategiyası təşkil edir. Uşaq futbolunun qiymətini anlayan klubumuz Türkiyədən əfsanəvi uşaq məşqçisi Həmdi Sərpil Tüzünü `Qarabağ`a dəvət etdi. Ölkənin müxtəlif regionlarında seçimlər edildi. `Sərhədçi` İdman kompleksi ilə müqavilə bağlandı, qurğu uşaq futbolumuzun himayəsinə verildi.

Çünki, bu gün Azərbaycan futbolunun gələcəyi sayılan Maksim Medvedev, Rauf Əliyev, Əfran İsmayılov, Qara Qarayev və başqaları məhz `Qarabağ`ımızın uşaq futboluna verdiyi dəyərin təzahürüdür. Bu sistemi daha da təmkilləşdirmək yolunda edilən addımlar bütün mənəvi duyarlılığı da özüylə gətirir.

Belə ki, `Qarabağ`ımızın vitse-prezidenti Tahir Gözel, direktoru Emrah Çelikellə yanaşı klubumuzun sponsoru `Azersun Holnding`in rəhbər heyətindən Rahmi Yaşar və Ercan Alkan `Sərhədçi` komplesini ziyarət ediblər. Məqsəd isə başlayacaq Azərbaycan birinciliyi öncəsi U-13, U-15 və U-17-yə dəstək vermək olub.

İlk öncə `Qarabağ` uşaq futbolunun koordinatoru Hemdi Serpil Tüzün klub rəhbərliyinə uşaq futboluna göstərdiyi qayğı və diqqətə görə təşəkkür edib. Klub rəhbərliyinin ziyarətini onlar üçün böyük dəyər daşıdığını və bu qayğını çempionat zamanı ən yaxşı nəticələrlə dolğunlaşdıracaqlarını bildirdi.

Klubumuzun vitse-prezidenti Tahir bəy gələcəyin futbol ulduzlarının bir-bir əllərini sıxaraq xitabında onlara gördükləri işin qədrini bilmələrini xüsusilə qeyd etdi. `Qarabağ`da olmaqlarının bir fərqlilik olmasını, gələcəkdə bir şəxsiyyət kimi yetişmələrində hal-hazırda yaradılmış şəraitin önəmindən danışdı. Böyük futbolçu olmaq üçün ilk növbədə şəxsiyyət kimi formalaşmağın vacibliyini vurğuladı.

Sonra isə Ercan Alkan və Rahmi Yaşar gənc futbolçular önündə çıxış etdi. Ercan bəy gəncliyində idmanla məğul olduğunu, idmanın insanımızın həyatda rolunun mühumliyindən danışdı. Rahmi bəy isə `Qarabağ` adının Azərbaycan üçün vacibliyindən, hər bir gənc futbolçunun şərəfini qoruduğu klubun anlamından danışdı. Gənc futbolçularımızın uğurlarının `Qarabağ` azarkeşlərinin nə qədər sevindirəcəyini vurğuladı.

Klubumuzun direktoru Emrah Çelikel isə uşaq futbolunun `Qarabağ` üçün çox önəmli olduğunu, yeni Maksimlər, Rauflar, Əfranların peyda olması üçün hər şeyin özlərinin əlində olduğunu vurğulayıb.

Sonda isə U-17, U-15, U-13 kapitanları Elmin Əlizadə, Vüqar Mövlamov, Rəşad Vəliyev çıxış edərək klub rəhbərliyinə təşəkkür edərək onlara ən yaxşı nəticlərlə sevindirəcəklərinə söz veriblər”.