QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` dünya reytinqində 13 pillə irəlilədi (qol.az)

Beynəlxalq Futbol Federasiyaları Tarixi və Statistikası (BFFTS) dünya klublarının noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Qol.Az-ın məlumatına görə, ötən ayla müqayisədə 13 pillə irəliləyən “Qarabağ” hazırda “Sportinq Xixon” (İspaniya), “Santos” (Braziliya) və “Loryen”lə (Fransa) birlikdə 249-252-ci yerləri bölüşür. Hazırda Ağdam klubunun aktivində 76 reytinq xalı var. “Qarabağ” sıralamada “Brügge” (Belçika), “Trabzonspor” (Türkiyə), “İndepentyente” (Argentina), “Vest Hem” (İngiltərə), “Qremio” (Braziliya), “Rasinq” (İspaniya), “Stok Siti” (İngiltərə), “Moskva” (Rusiya), “Soşo” (Fransa), “Malaqa” (İspaniya), “Blekbern” (İngiltərə), “Spartak” (Moskva, Rusiya) kimi tanınmış klubları geridə qoyub.
Reytinq cədvəlinə əvvəlki kimi İngiltərənin “Mançester Yunayted” klubu başçılıq edir. Ötən ayla müqayisədə iki pillə irəliləyən digər İngiltərə təmsilçisi “Çelsi” ikinci, Çempionlar Liqasının sonuncu qalibi “Barselona” isə üçüncüdür.
Türkiyə klublarından “Qalatasaray” 10-cu, “Fənərbaxça” 35-ci, “Beşiktaş” 80-cı, “Bursaspor” 220-ci, “Sivasspor” 234-cü, “Trabzonspor” isə 261-ci pillərə qərarlaşıb.