QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ”ın tarixinə Rəşad Sadiqov düşdü (apasport.az)
Rəşad Sadiqov Ağdamın “Qarabağ” klubunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ağdamlıların Unibank Premyer Liqasında yubiley - 700-cü qolunun müəllifi olub. XIII turun “Qəbələ” ilə səfər qarşılaşmasında vurduğu qolla hesabı bərabərləşdirən Rəşad komandasının 3 il 8 aydan sonra növbəti yubiley qeyd etməsinin səbəbkarı olub.

Yubiley qolu

Müəllif

tarix

Rəqib

meydan

dəqiqə

1

Mehman Alışanov

03.05.1992

“İnşaatçı” Sabirabad

e

4

100

Səttar Əliyev

30.09.1993

“Xəzər” Sumqayıt

e

69

200

Müşfiq Hüseynov

01.10.1995

“Kür-Nur”

e

-

300

Bəxtiyar Musayev

22.11.1997

“Neftçi”

e

64

400

Elmir Xankişiyev

03.04.2000

“Şəfa”

s

13

500

Eldəniz Məmmədov

13.09.2003

“Şahdağ-Samur”

s

89

600

Vasif Haqverdiyev

29.04.2006

MOİK

e

14

700

Rəşad Sadiqov

06.12.2009

“Qəbələ”

s

78


Qeyd edək ki, 1995/96 mövsümündə qolların dəqiqələri protokolda qeyd olunmayıb.