QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"ın Qarası çempionluq arzusundadır (qol.az)

“Hoffenhaym”ın düşərgəsində olarkən ilk günlər bizə ağızbüzənlər var idi. Azərbaycanın adını eşidəndə təəccüblənirdilər ki, o, ölkədə də futbolçu var? Amma şükürlər olsun ki, oyunumuzla onların fikirlərini dəyişdirə bildik”. Qol.Az-ın “Qarabağ”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri klubun təxminən 2 ay müddətində “Hoffenhaym”ın düşərgəsində təcrübə keçən müdafiəçisi Qara Qarayev deyib. Qarayev komandası və qarşısına qoyduğu məqsədləri haqqında da fikirlərini bildirib: “Çox şanslıyam ki, bu yaşda belə bir komandada oynayıram. İnşallah, “Qarabağ”la çempion olmaq istəyirəm. Eyni zamanda, klubumu və ölkəmi də Avopada ən yaxşı şəkildə təmsil etmək istəyirəm”.