QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Vaqif Cavadov: "Hazırda danışıqlar gedir" (fanat.az)

"Ola bilsin, qış transfer dövründə həmin kluba transferim reallaşdı"

Fanat: "Azərbaycandan kənarda oynamaqlegioner həyatı yaşamaq istəyirəm. Bunun üçün öz üzərimdə çalışıram. İnanıram ki, belə bir dönəm olacaq". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın və "Qarabağ"ın hücumçusu Vaqif Cavadov deyib.
Cavadov transferi haqqında da danışıb: "Hazırda məni istəyən klubla "Qarabağ" arasında danışıqlar gedir. Ola bilsin, qış transfer dövründə həmin kluba transferim reallaşdı. Amma bu variantın həyata keçməsi yaya da təsadüf edə bilər".