QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" daha bir mükafata layiq görüldü (90plus.info)

"Qarabağ" FK daha bir mükafata layiq görülüb. Klubun rəsmi saytının yaydığı məlumata görə ölkəmizin tanınmış təşkilatçı promouterlərindən olan "Xəyal Prodakşn" geridə qalan 2009-cu ill üzrə müxtəlif nominasiyalar üzrə ölkənin ən yaxşılarını seçib. 26 nominasiyada mükafat təqdim olunduğu mərasimdə 2009-cu ildə qazandığı uğurlar "Qarabağ"ın ilin ən yaxşı komandası mükafatına sahib çıxmasına səbəb olub. "Qarabağ" FK "Xəyal Prodakşn" tərəfindən "ilin ən yaxşı komandası" mükafatına layiq görülüb. "Xəyal Prodakşn"ın prezidenti Xəyal Rzazadənin təqdimatında ölkəmizin qüruru kimi təqdim olunan, idmanın şahı sayılan futbolda ölkəmizə əvəzsiz sevinc gətirən "Qarabağ"ın hər kəsin sevimlisi olduğunu vurğulanıb. "Qarabağ"ın azərbacanlı futbolçulardan qurulduğu isə xüsusilə qeyd edilib. 300-ə yaxın qonağın gurultulu alqışının müşayəti ilə "İlin ən yaxşı komandası" mükafatı və plaketini alan "Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov bu uğurun "Qarabağ" FK-nın camiəsi ilə yanaşı sona qədər komandanı dəstəkləyənlərin müvəffəqiyyəti olduğunu bildirib. Qurban bəy qarşıdan gələn ildə də əldə etdikləri mükafatların onları motivasiya edəcəklərini də qeyd edib.