QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"TVENTE" VAQİF CAVADOVLA RƏSMƏN MÜQAVİLƏ İMZALADI (supersport.az)

 

Supersport.Az-ın müxbiri ilə söhbətində "Qarabağ" klubun direktoru Əmrah Çəlikəl faktı təsdiqləyib.

Niderlandın "Tvente" klubu "Qarabağ"ın və milli komandamızın hücumçusu Vaqif Cavadovla rəsmən müqavilə imzalayıb. Müqavilənin imzalanması mərasimində "Tvente"nin prezidenti Yoop Munsterman şəxsən iştirak edib. Qeyd edək ki, "Qarabağ" klubunun direktoru məbləği açıqlamasa da müqavilənin müddətinin 4,5 il olduğunu bildirib. Bu münasibətlə klub rəsmisi bunları söyləyib: "Çox sevindirici və unudulmaz gündür. Məqsədimiz milli futbolumuzun inkişafına nail olmaqdır. Azərbaycan futbolu və "Qarabağ" klubu üçün xeyrli və uğurlu olsun."