QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Vaqif Cavadov: "Əfran son zamanlar çox yaxşı oyun nümayiş etdirir" (qol.az)

Milli komandamızın və Hollandiyanın “Tvente” klubunun hücumçusu Vaqif Cavadov Əfran İsmayılovun Premyer Liqanın 2009-cu ilin dekabr ayının ən yaxşı oyunçusu seçilməsinə münasibət bildirib. Qol.Az-ın müxbirilə söhbətində Vaqif vurğulayıb ki, Əfranın bu mükafatı almasına çox sevinib: “Əfran həqiqətən son zamanlar çox yaxşı oyun nümayiş etdirir. Seçimi düzgün qiymətləndirirəm. İnşallah ilin futbolçusu nominasiyasını da Əfran qazanar”. Vaqif sabiq komanda yoldaşları Əfran İsmayılov və Rauf Əliyevin milli komandanın heyətinə dəvət alması barəsində də fikrini deyib: “Uşaqları təbrik edirəm. İnanıram ki, hər ikisi göstərdikləri oyunla milli komandaya xeyir verə biləcək”. Xatırladaq ki, Vaqif Cavadov Peşəkar Futbol Liqasının keçirdiyi sorğunun nəticəsinə görə 2009-cu ilin oktyabr ayının ən yaxşı oyunçusu seçilmişdi.