QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurbanovdan acı etiraf: Komandamız bu görüşdə zəif oynadı (korner.az)

Premyer-Liqanın 23-cü turu çərçivəsində keçirilən "Bakı" - "Qarabağ" oyunundan sonra baş məşqçilər üçün mətbuat konfransı keçirilib. Meydan sahiblərinin çalışdırıcısı Büləmt Korkmaz cəzalı olduğundan, türkiyəli mütəxəssisin əvəzində konfransa köməkçisi Məqsəd Yaqubəliyev qatılıb.

Məqsəd Yaqubəliyev, "Bakı"nın məşqçisi: "Qarabağ" çox güclü komandadı. Bugünkü oyunda qalib gəldiyimiz üçün şadıq. "Qarabağ" "ilk altılıq"da cəmi bir dəfə məğlub olmuşdu. Baş məşqçimiz bu oyunda cəzalı idi. Güclü küləyin olması daha yaxşı oyun göstərməyimizə mane oldu. Buna baxmayaraq, "altılığa" qələbə ilə başladıq. Xüsusən də oyunun ikinci hissəsində gözəl oyun nümayiş etdirib iki qol vurduq".

Qurban Qurbanov, "Qarabağ"ın baş məşqçisi: "Oyun çox maraqlı keçdi. "Bakı"qələbə münasibəti ilə təbrik edirəm. Belə oyunlar çempinonata gözəllik verir. Komandamız bu görüşdə zəif oynadı. Futbolçulardan narazı qalmadım, qarşıda bizi "Xəzər Lənkəran"la çətin səfər oyunu gözləyir."