QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«Qarabağ»da 12 futbolçu qaldı (qol.az)

«Qarabağ» Premyer Liqanın final mərhələsinin 6-cı turunun hazırlıqlarına başlayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, «Neftçi» ilə şənbə günü keçirilən matçdan sonra baş məşqçi Qurban Qurbanov futbolçulara bir günlük istirahət verib. Dünəndən start götürən çalışmalar gündə 2 dəfə keçirilir. «Qarabağ» 12-15 aprel aralığında Bakıda təlim-məşq toplanışı keçirən milliyə ən çox futbolçu verdiyindən tam heyətlə çalışa bilmir. Yığmanın baş məşqçisi Berti Foqts «Qarabağ»dan 9 futbolçunun əsas milliyə dəvət etsə də, Rəşad Sadiqov səhhəti, Vüqar Nadirov isə zədəsiylə bağlı məşqlərdə çıxış edə bilmir. Hələlik, məşqlərdə çıxış etməyən Sadiqovdan fərqli olaraq Vüqar fərdi çalışmalara başlayıb. Eyni zamanda digər zədəli Aftandil Hacıyev də fərdi olaraq məşq edir. Tural İsgəndərov və Qara Qarayev isə 19 yaşlılardan ibarət yığmada olduğuna görə də komandadan ayrı düşüb. Bu səbəbdən «Qarabağ» Suraxanı qəsəbə stadionunda keçdiyi çalışmalarda cəmi 12 futbolçunun imkanlarından yararlana bilir.

 

«Qarabağ»da 12 futbolçu qaldı