QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Aslan Kərimov: “Son 4 oyunda qələbə üçün meydana çıxacağıq” (apasport.az)

“Qarabağ”ın son oyundakı məğlubiyyəti bu komandanın bütün azarkeşlərini məyus etdi. Qol.Az-ın məlumatına görə, 18 ildən sonra Ağdamda məğlub olan komandanın düşərgəsində əhval-ruhiyyə heç də əvvəlki kimi deyil. Bəs görəsən, ağdamlıların əfanəvi kapitanı Aslan Kərimov son hadisələrlə bağlı nə düşünür? 37 yaşlı universal futbolçu klubun saytına verdiyi açıqlamada həm məğlubiyyətə, həm də ki komandanın qarşıdakı oyunlarına toxunub: “Qarabağ”da hər zaman döyüşkən, sona qədər mübarizə ruhu olub. Əlbəttə, “altılıq”da heç də istədiyimiz nəticələri əldə edə bilməməyimiz bizi üzür. Təbii ki, bunun da müəyyən səbəblər var. İlk növbədə özümüzdə səhv axtarmalıyıq. Bəzi oyunlarda şans da bizdən üz döndərmişdi. Düzdü, 9 futbolçunun millidə oynaması bizim üçün fəxrdir. Millidə oynamaq hər zaman futbolçuya əlavə stimul verir. Amma, istənilən halda mövsümün sonuna yaxın keçirilən təlim-məşq toplanışları, üstəlik uzun yollar futbolçuları yorur. Amma bizim komandada əla kollektiv var. Heç bir zaman futbolçular bunu qabartmayıblar. Hər kəs bir-biri üçün meydanda sona kimi vuruşur. Meydandan kənarda da əla kollektivimiz var. Təbii ki, uğursuzluq hamımızı məyus edir. Amma inanıram ki, birliyimiz sayəsində avrokuboklara vəsiqə qazancağıq. Bunun üçün qalan 4 oyunda qələbə qazanmaq üçün meydana çıxacağıq. Bu komanda avrokuboklarda 2 mərhələ keçən komandadır. İnşallah, sonda avrokuboklara vəsiqə qazanacağıq”.