QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” 4 ildir “Turan”a uduzmur (apasport.az)

Unibank Premyer Liqasının VIII turu çərçivəsində oktyabrın 2-də keçiriləcək oyunda “Qarabağ” “Turan”ın qonağı olacaq. Apasport.az saytının məlumatına görə, bütün ölkə çempionatlarda mübarizə aparan 3 komandadan 2-si olan tərəflərin görüşü daim maraqla qarşılanıb. Amma son illər bu dueldə “Qarabağ” Tovuz təmsilçisinə qarşı uğurlu oynayır.

Ağdam təmsilçisi 4 ildir “Turan”a uduzmur. Onlar sonuncu dəfə qərb təmsilçilərinə 2006-cı ilin dekabrında uduzublar. Həmin mövsüm ilk yarının son turunda 1:3 hesablı məğlubiyyət isə “Qarabağ”ın çalışdırıcısı Böyükağa Ağayevin istefaya göndərilməsi ilə nəticələnmişdi.

Axırıncı 2 mövsümdə isə “Qarabağ” rəqibinə xal verməyib. Ötən mövsüm Ağdam komandasının əzmkar qələbələri ilə yadda qalıb. Belə ki, hər 2 oyunda hesabda geriyə düşən Qurban Qurbanovun yetirmələri sonradan 2 qol vuraraq 2:1 hesabı ilə qələbə qazanıblar.

 

Mənbə: qarabagh.com