QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” qışdan sonra daha yaxşı çıxış edəcək” (apasport.az)

“Zədə səbəbindən ilk dövrədə demək olar 2 ay oynamadım. Düzdü, zədə futbolun ayrılmaz hissəsidir. Amma qəribədir ki, zədə hər zaman məni formamın zirvəsində haqlayır. Apasport.az-ın məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Emin İmaməliyev klubunun rəsmi saytına açıqlamasında deyib. Ağdam təmsilçisinin ən təcrübəli futbolçularından olan 31 yaşlı yarımmüdafiəçi cari mövsümdə zədədən əziyyət çəkir.

“Qarabağ”da ümumilikdə 5-ci mövsümünü keçirən, Avroliqa və Premyer Liqada hərəyə 2 qol vuran Emin mövsümün 2-ci yarısına ümidlə baxır: “İnşallah, yaranmış fasilə həm komandamız, həm də mənim üçün yerinə düşdü. Avrokuboklarda uzun yol keçmişdik. Komandanın 6-7 ay zədədən əziyyət çəkməsi normaldır. Amma buna baxmayaraq, komanda sona yaxın toparlana bildi. Antalyadakı keçirəcəyimiz toplantının xeyrimizə olacağını düşünürəm”.

İmaməliyev qış fasiləsinə 4-cü yerdə çıxan komandasının çempionluğuna real baxır: “Belə baxanda, liderdən cəmi 8 xal geridəyik. Hələ heç nə bitməyib. Sona qədər mübarizəmizi davam etdirəcəyik. Komandamızda 25 futbolçu var. Rəqabət yetərincə yüksəkdir. Bütün bunların komandanın xeyrinə olacağını düşünürəm. İnşallah, “Qarabağ” qışdan sonra daha yaxşı çıxış edəcək”.

“Qarabağ” qışdan sonra daha yaxşı çıxış edəcək”
“Qarabağ” qışdan sonra daha yaxşı çıxış edəcək”
“Qarabağ” qışdan sonra daha yaxşı çıxış edəcək”

“Qarabağ” qışdan sonra daha yaxşı çıxış edəcək”