QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanovun yubiley matçı (apasport.az)
Azərbaycan Premyer Liqasının XXVIII turu “Qarabağ” klubunun çalışdırıcısı Qurban Qurbanov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 39 yaşlı mütəxəssis baş məşqçi kimi karyerasının yubiley – 150-ci matçına çıxacaq. 

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq yubiley matçındakı rəqib də Qurbanov üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, o, futbolçu karyerasını bitirib, funksioner kimi fəaliyyətinə məhz “İnter”də başlamışdı.

Bu oyunadək 2 klubla müxtəlif səviyyələrdə 149 oyun keçirən baş məşqçinin bu vəzifədə debütü “Neftçi”də gerçəkləşib. 2006-cı il avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin çempionat matçında Qurbanovun yetirmələri “Gənclərbirliyi”nə “dərs keçmişdi” – 6:1. Həmin matçdakı ilk, həm də baş məşqçi Qurbanovun gördüyü ilk qolun müəllifi Georgi Adamiya indi də çalışdırıcının rəhbərliyi altında çıxış edir.


Turnir, klub

Turnir sayı

O

Q

H

M

TOP

X

Azərbaycan çempionatı, “Qarabağ”

3

85

43

24

18

99-64

153

Azərbaycan çempionatı, “Neftçi”

2

28

19

4

5

54-19

61

Azərbaycan çempionatı

5

113

62

28

23

153-83

214

Azərbaycan kuboku, “Qarabağ”

3

12

7

4

1

15-4

25

Azərbaycan kuboku, “Neftçi”

2

8

5

2

1

19-5

17

Azərbaycan kuboku

5

20

12

6

2

34-9

42

Avrokuboklar, “Qarabağ”

2

14

7

4

3

17-15

25

Avrokuboklar, “Neftçi”

1

2

1

0

1

3-4

3

Avrokuboklar

3

16

8

4

4

20-19

28

“Qarabağ”

8

111

57

32

22

131-83

203

“Neftçi”

5

38

25

6

7

76-28

81

Azərbaycan çempionatı

13

149

82

38

29

207-111

284