QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl: \"Qrup mərhələsinə düşməyin vaxtıdır\" (qol.az)

"Bilirik ki, Azərbaycan xalqı bizdən yeni uğurlar gözləyir. Bu bizim məsuliyyətimizi daha da artırır".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl deyib.

Gözəl artıq qrup mərhələsinə düşməyin vaxtı gəlib çatdığını bildirib: "Biz yaxşı başa düşürük ki, azarkeşlər "Qarabağ"a daha çox inanır və ondan yeni qələbələr gözləyir. Təbii ki, bu da komandaya əlavə güc verir. Komandanın motivasiyası da yerindədir.

Artıq qrup mərhələsinə düşməyin vaxtıdır. Səfərdə bir neçə şansımız olsa da, bundan yararlana bilmədik. Transferlərə gəldikdə isə komanda daha çox yerli futbolçulara güvənir. Biz məhz yerli futbolçularla uğur qazanmaq istəyirik. Çalışırıq ki, Azərbaycan xalqını sevindirək".