QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Premyerliqada 5-ci istefa
Azərbaycan premyerliqasında növbəti baş məşqçi dəyişikliyi olub. `İnter`ə `ev`də məğlub olan `Xəzər-Lənkəran`ın baş məşqçisi Mirça rednik istefa verib.
Mirça Rednikin `Xəzər Lənkəran`dan ayrılması 20-ci Azərbaycan çempionatında beşinci istefa olub.
Cari mövsümdə ilk baş məşqçi dəyişikliyi `Rəvan`da baş verib. Komandanın uğursuz çıxışlarından sonra Bəhmən Həsənov tutduğu vəzifədən azad edilib, onun yerinə Vladislav Qədirov gətirilib.
Bundan sonrakı istefa olayı AZAL klubunda yaşanıb. Yenə də komandanın uğursuz çıxışlarından sonra mövsümün əvvəlində  Nazim Süleymanovun yerinə baş məşqçi vəzifəsinə gətirilən Elxan Abdullayev istefaya göndərilib. Yerinə Rafiq Mirzəyev təyin edilib.
Bundan sonra növbəti istefa `Kəpəz` klubunda baş verib. Klub rəhbərliyi komandanın uğursuz çıxışlarını əsas gətirərək Mehman Allahverdiyevlə yolları ayırıb, onun yerinə Mirbağır İsayevi gətirib.
Cari mövsümün 4-cü istefası isə `Qəbələ` klubunda olub. Komandanın ingiltərəli baş məşqçisi Toni Adams ailəsinin Qəbələ qalmaqda çətinlik çəkdiyini deyərək istefaya gedib.
Nəhayət, mövsümün beşinci istefası dünən baş verdi. Düzdür, Mirça Rednikin vəzifəsindən göndərilicəyi barədə xəbərlər yayılırdı. `İnter`ə Premyer Liqadakı dünənki məğlubiyyətdən sonra `Xəzər-Lənkəran` rəhbərliyi hələ ötən mövsümün əvvəlində komanda gətirdiyi Redniklə yolları ayırmaq qərarına gəldi.